"Ümumiyyətlə, bu illərdə geosiyasi vəziyyət çox dəyişib. Burada bütün aksentlər, böyük oyunçuların hər biri öz maraqlarını güdür. Avropa özünü demokratiyanın banisi hesab edir. Bu nöqteyi-nəzərdən onlar bu gün bütün dünyada, xüsusilə də şərqi Avropa istiqamətində öz sözlərini diqtə etmək istəyirlər". Bunu Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Samira Patzer-İsmailova qondarma erməni soyqırımın Almaniya parlamentində müzakirə olunması ilə bağlı SİA-nın əməkdaşının sualını cavablandırarkən deyib.
AAK sədrinin sözlərinə görə, Azərbaycan erməni təxribatının nəticəsi olaraq qərəzli və ikili standartlara məruz qalır: "Biz Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında lobbiçiliyin qüvvəsini görürük. Yəni lobbi fəaliyyəti nəticəsində belə qərarlar parlamentin gündəliyinə çıxarılır və hansısa mənfi maraqlara xidmət edir. Qondarma erməni soyqırımı ilə bağlı qətnamənin Almaniya parlamentində qəbul edilməsi Almaniya diasporası üçün də çox gözlənilməz idi. Çünki bildiyiniz kimi bu məsələlər artıq 100 ildən bəri ortaya qoyulur və müzakirələr aparılır. Təəssüflər ki, bu məsələnin Yaşlılar partiyasının türk əsilli bir millət vəkili tərəfindən qoyulması türk dünyasına arxadan vurulan zərbə kimi oldu. Bu qərarın qəbul olunması bizim üçün əlbəttə acınacaqlıdır. Mən özüm Almaniyanın bu qərarına çox heyifsləndim. Almaniya Avropada həmişə balans saxlayan bir ölkə olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB