Geniş tərkibli görüş

Azərbaycanın Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşü olub. SİA-nın xəbərinə görə, görüşdə Prezident İlham Əliyev B. Yıldırımı yüksək vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib.

"Çox şadam ki, ilk rəsmi səfərinizi məhz Azərbaycana edirsiniz. Bu, bir daha göstərir ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bİzim məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir. İqtisadiyyat, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirik. İki ölkənin münasibətləri yüksək səviyyədədir. Enerji və nəqliyyat layihələri uğurla icra edilir. İnanıram ki, yaxın vaxtlarda böyük əhəmiyyətə malik bu layihələrin açlışını edəcəyik. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir" - deyə, Azərbaycan Prezidenti qeyd edib.

Türkiyədə yeni hökumətin qurulduğunu dilə gətirən Binəli Yıldırım söyləyib ki, ilk iş Şimali Kipr əvə Azərbaycana səfər etmək olub: "Yüksək səviyyədə qarşılanmaya və səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm".

Daha sonra görüş qapalı şəraitdə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə