Novruz Məmmədov: "Almaniya Bundestaqının qərarı ikili standartlardan qaynaqlanır"

Novruz Məmmədov: "Almaniya Bundestaqının qərarı ikili standartlardan qaynaqlanır"

Almaniya Bundestaqının "erməni soyqırımı"ilə bağlı qərarını nə üçün qəbul etdiyi barədə fikirləşmək lazımdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun fikrincə, bu, ikili standartlardan qaynaqlanır: "Çünki birdən-birə bir ölkənin parlamenti yığışıb yekdilliklə belə bir qərar qəbul edir. Bu deputatlarının hamısının bununla bağlı məlumatı varmı, təhlillər aparıblarmı, yoxsa qərar birdən-birə qəbul olunub? Düşünürəm ki, indiki vəziyyətdə bu cür atılan addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır. Onlar sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət etmir. Bu nöqteyi-nəzərdən demək istəyirəm ki, indiki dövrdə aparılan bu cür siyasət düzgün deyil. Bu gün Azərbaycan prezident İlham Əliyev çıxışı zamanı dedi ki, belə siyasətin təməli 1990-cı illərin əvvəllərindən ABŞ konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul olunması ilə başlayıb. Azərbaycanın ərazisi işğal olundu, ölkəmiz təcrid olunmuş vəziyyətə düşdü və nəticə olaraq dövlətimizə qarşı bu düzəliş qəbul edildi. Əslində məsələ ilə bu formada məşğul olmaq heç də düzgün deyil. Orada bəzi ifadələr işlədirlər, başqa azlıqlar, xristian azlıqlarına qarşı da hanısa addımların atıldığı deyilir. 100 il bundan qabaq olmuş hadisələri tarixçilər araşdırmalıdır. Bununla bağlı Türkiyənin gözəl təklifi var. Dəqiq elmi araşdırmalar apardıqdan sonra belə addımlar atmaq olar. Belə prosesləri siyasiləşdirmək düzgün deyil. Bunu heç Türkiyə də qəbul etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə