Elşən Musayev: "Almaniya nüfuzunu bərbad vəziyyətə qoya bilər" AÇIQLAMA

Elşən Musayev: "Almaniya nüfuzunu bərbad vəziyyətə qoya bilər" AÇIQLAMA

"Ümumiyyətlə Almaniya dövləti Dağlıq Qarabağ məsələsində ilk dəfə deyil ki, belə qeyri-adekvat mövqe tutur". Bunu SİA-ya millət vəkili Elşən Musayev Almaniya Bundestaqının qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı məsələni müzakirəyə çıxarmasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Almaniyanın mövqeyi hər zaman hətələm-pətələm, qarışıq olub: "Son aprel döyüşlərindən sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması fonunda Avropa Şurasındakı almaniyalı parlamentariləri də həmişə qərəzli mövqedən çıxış ediblər. Əmin deyiləm ki, Almaniya Bundestaqının qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı məsələni müzakirəyə çıxarması hansısa uğurlu nəticə versin. Çünki bu gün bütün dünya Azərbaycanın tərəfindədir. Əgər belə bir şey olsa idi, ilk növbədə Ermənistanın özü qondarma Dağlıq Qarabağ Respublikasını tanıyardı. Görün hansı vəziyyətdir ki, Ermənistan dövləti belə risk edib onu tanıya bilmir. Ümumiyyətlə aprel döyüşlərindən və Azərbaycanın mövqelərinin son dərəcə güclənməsindən sonra Avropanın, Qərbin özündə Azərbaycana qarşı yeni bir qıcıq yaranıb".

E.Musayev əlavə edib ki, hətta son vaxtlar Azərbaycanın dağıdıcı müxalifəti ilə ölkəmizi hər an satmağa hazır olan bir insanın Əli Kərimli ilə Avropa Birliyi sədrlərinin separatçı müzakirəsi bütün bunlara bariz sübutdur: "Yəni Azərbaycanın daxilindəki o radikal müxalifətin də qondarma Dağlıq Qarabağdan heç bir fərqi yoxdur. Avropa sanki kənardan Azərbaycana qarşı qıcıqlar atmağa başlayır. Onların özləri də gözəl bilir ki, bu tanıtım mümkün deyil. Bu tanıtımla Almaniya onsuzda əldən gedən nüfuzunu bir qədər də bərbad vəziyyətə qoya bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə