Silahlı Qüvvələrdə Respublika günü qeyd olunur

Silahlı Qüvvələrdə Respublika günü qeyd olunur

"28 may - Respublika günü" münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, müdafiə nazirinin göstərişinə əsasən təsdiq olunmuş plan üzrə bayramla əlaqədar tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilir, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə