"Hələ ki, Azərbaycan Ermənistan arasında hər hansısa sənədin imzalanması gözlənilmir. Çünki, ortada heç bir sənəd yoxdur". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan deyib.
O bildirib ki, danışıqların növbəti mərhələsinin iyun ayında keçirilməsi nəzərdə tutulsa da, hələ ki yeri məlum deyil: "Danışıqlar şəraitini bərpa etmək lazımdır. Vyanada keçirilən görüşdə üç ölkənin həmsədrləri danışıqların davam etidirilməsi ilə bağlı üzərilərinə öhdəliklər götürdülər".
Nalbadyanın sözlərinə görə, iyunun əvvəlində ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşəcəyi ehtimal edilir: "Yəqin ki, bu görüşlərdə tərəflər Vyanada keçirilən iclasda əldə olunan razılaşmaların tam həyata keçirilməsini müzakirə edəcək. Bu, yüksək səviyyəli görüşlərin gələcək etaplarına nəzər yetirməyə şərait yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB