"Bu gün Türkiyə dünya siyasətində ən maraq doğuran dövlətlərdən biridir. Regionda aparıcı dövlət olmaqla yanaşı, NATO-ya üzv olan bir dövlətdə Dünya Humanitar Sammitinin keçirilməsi məqsədəuyğundur". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev İstanbulda keçirilən Dünya Humanitar Sammitinin əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyə hazırda bütün maraqların kəsişdiyi sərhəddə yerləşir: "Bu səbəbdən dünya üçün maraqlı olan bir Sammitin İstanbulda keçirilməsi çox müsbət haldır. İki gün ərzində keçirilən forumda 177 dövlətin nümayəndəsi, 65 dövlətin və hökumət rəhbərləri, ümumilikdə isə 5200 nəfərin iştirakı gözlənilir. Burada əsas məqamlardan biri BMT-nin rəhbəri Pan Gİ Munun çıxış etməsidir".
Sammitin məqsədlərindən danışan politoloq vurğulayıb ki, forumda "Təhsil gözləmir" Fondunun yaradılmasının rəsmən elan edilməsi hazırkı dönəmdə mühüm məqamlardan biri sayıla bilər: "Dünyada baş verən müharibələr, proseslər gələcək genofonda, eləcə də övladlarımızın təhsilsiz qalmasına təsir edən amillərdəndir. Hazırda elə şəraitdə gedir ki, uşaqlar valideynsiz qalır, ən əsas da pozğunluqlar və digər məsələlər onların təhsilsizliyindən əmələ gəlir. Bu baxımdan İstanbulda keçirilən sammitdə Təhsil Fondunun yaradılmasının elan edilməsi bir çox problemlərin qarşısının alınmasında böyük əhəmiyyətə malik olacaq. Bir sözlə Sammit böhranlara və onların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək".
Azərbaycan Prezidentinin sözügedən sammitdə iştirakı ilə bağlı danışan A. Nağıyev söyləyib ki, forum çərçivəsində iki tərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur: "Bu gün hər kəsin diqqəti Dağlıq Qarabağ, eləcə də regionda baş verən proseslərdədir. Bu baxımdan hesab edirəm ki, Sammit çərçivəsində baş tutacaq görüşlərdə bu problemlərin çözülməsi ilə bağlı müzakirələr aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB