Ekspert: “Sarkisyan hüquqi məsuliyyət daşımalı olacaq” AÇIQLAMA

Ekspert: “Sarkisyan hüquqi məsuliyyət daşımalı olacaq” AÇIQLAMA

"Aprelin əvvəllərində sarsıdıcı zərbə alan Ermənistan Silahlı Qüvvələri və onların başbilənləri hələ də özlərinə gələ bilməyiblər. Fikirləşmək olardı ki, bu binəvalar doğru və düzgün yola nəhayət ki qayıdacaq və ən azından növbəti rüsvayçılığı yaşamamaq üçün özlərini bir qədər sakit aparacaqlar. Amma, görünür biz erməniləri hələ tam şəkildə tanımamışıq". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bunlar indi əvvəlki kimi olmasa da, yenə qoşunların təmas xəttində öz həyasızlıqlarını davam etdirir və bəzən onların təxribatları vəziyyətin nəzarətdən çıxmasına yaxın bir hal alır: "Mənə elə gəlir ki, bu düşünülməmiş addımları ilə Ermənsitan və havadarları iyunun sonunda keçirilməsi nəzərdə tutulan iki ölkə başçılarının görüşlərini bir növ pozmağa çalışırlar. Biz bu amili əsla unutmamalıyıq. Heç bir beynəlxalq hüquq və normalara əhəmiyyət verməyən bu işğalçıdan və onların birbaşa dəstəkçilərindən istənilən naxələf hərəkəti gözləmək mümkündür. Şəxsən mən baş verənlərdən məhz bu qənaətə gəlirəm".

Ü.Cəfərov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri də tam hazır vəziyyətdə düşmənə yerini göstərməyə üçün məqam gözləyir: "Yəqin ki, iyun ayında əgər erməni ağılsızları öz təxribatlarını bu qaydada davam etdirəcəklərsə, ordumuz mütləq güc amilindən istifadə etməyə məcbur qalacaq. Baş verəcək bütün faciəli hadisələrə və ən əsası çoxsaylı insan itkilərinə görə məhz Serj Sarkisyan və komandası həm mənəvi, həm də hüquqi məsuliyyət daşımalı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə