Şərif Əsədullayev: “197 əxlaqsızlıq yuvası aşkarlanıb” MÜNASİBƏT

Şərif Əsədullayev: “197 əxlaqsızlıq yuvası aşkarlanıb” MÜNASİBƏT

"Bu ilin 4 ayı ərzində Azərbaycanda 78 insan alveri faktı qeydə alınıb". SİA-nın məlumatına görə, bunu bu gün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayev KİV nümayəndələri üçün keçirilən seminarda çıxışı zamanı deyib.

İdarə rəisinin sözlərinə görə, DİN tərəfindən bu sahədə ciddi işlər aparılır: "Ötən il ərzində 128 fakt qeydə alınıb. Azərbaycanda bu sahədə aparılan məqsədyönlü işlər nəticəsində ABŞ Dövlət Departamenti və Avropa Şurası öz hesabatlarında bunu yüksək qiymətləndirir. Ötən ilin dekabr ayından bu ilin yanvar ayınadək DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən Gəncə-Qazax bölgəsində mütəşəkkil dəstə aşkar olunub".

General-mayor Şərif Əsədullayev həmçinin diqqətə çatdırıb ki, İnsan alveri qurbanlarının sığnacaqda yerləşdirilməsi üçün aylıq saxlanılma xərci 720 manatdır: "Həmin şəxslərə lazımi tibbi yardımlar olunur və onlar mövsümü geyimlərlə təmin edilir. 2015-ci ildə hotel və digər yerlərdə 197 əxlaqsızlıq yuvası aşkarlanıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir hotel və mehmanxanaya nəzarət etmir. Bunlar mətbuatda gedən yalan məlumatlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə