Erməni deputat: "Biz bir daha geri çəkiləcəyik"

Erməni deputat: "Biz bir daha geri çəkiləcəyik"

"Etiraf edək ki, aprelin əvvəllərində cəbhədə 4 günlük müharibə zamanı Ermənistan hakim partiyası heç bir dərs götürmədi və qanunsuzluqla məşğuldur. Əvvəllər bu funksiyanı Ermənistan Demokratik partiyası, indi isə Respublika partiyası həyata keçirir. Bu qanunsuzluq cəmiyyətimiz, eləcə də dövlətimiz üçün təhlükəlidir". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri erməni millət vəkili, Zaruhi Postanjyan keçirdiyi brifinqdə deyib.

Serj Sarkisyan Vyana görüşündən sonra təyyarədə jurnalistlərə verdiyi müsahibəni şərh edən millət vəkili qeyd edib ki, Sarkisyan mətbuat nümayəndələrinə həqiqəti deyil, istədiyi informasiyanı ötürməyə çalışıb.

"Sarkisyan bildirdi ki, 800 hektar ərazinin Azərbaycan tərəfindən azad edilməsi Ermənistan üçün böyük əhəmiyyət daşımır. Lakin bu fakt heç də belə deyil. Biz geri çəkiləcəyik, geri çəkiləcəyik və bir daha geri çəkiləcəyik. Artıq ölkənin təhlükəsizlik sistemi təhdid olunur. Biz belə qənaətə gəldik ki, yüksək vəzifəli şəxslər arasında xəyanət kar olub" - deyə, erməni deputat əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə