Çingiz Qənizadə: "3500 məhkumun buraxılması ilə 12 milyon manata qənaət olunacaq"

Çingiz Qənizadə: "3500 məhkumun buraxılması ilə 12 milyon manata qənaət olunacaq"

"Amnistiya aktının mahiyyəti bir dəfə səhvə yol vermiş insanlara daha bir şans verilməsi barədə mesajdır". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, həbsxanalar, cəzaçəkmə müəssisələrinə ilk dəfə düşən insanlar amnistiya aktı nəticəsində daha yaxşı islah olunurlar: "Bu insanlar bağışlanırsa, cəmiyyətdə, ailədə də o insanlara yenidən şans verilməlidir. Amnistiya aktının Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və yaxınlarına şamil olunması özü də önəmli bir mesajdır. Bu amnistiya aktının 28 May - Respublika Günü ərəfəsində qəbul edilməsi isə cümhuriyyətə verilən böyük önəmi ifadə edir".

Deputat Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanda 24 min məhkum var: "Bu kifayət qədər böyük göstəricidir və onların sayının azaldılmasına ehtiyac var. Bu aministiya aktı 10 min nəfərə şamil olunmaqla onların sayının xeyli azalmasına səbəb olacaq. Nəticədə məhkumların sıxlıq və sosial problemləri aradan qalxmış olacaq. Həmçinin, aministiya aktının qəbul edilməsi ilə məhkumların saxlanması üçün sərf olunan vəsaitə qənaət ediləcək. Hesablamalara görə, 3500 məhkum azadlığa buraxıldıqdan sonra onların saxlanmasına yönəldilən 12 milyon manata qənaət olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə