Deputat: “Amnistiya həbsdəki şəxslərin tamamilə azadlığa buraxılması demək deyil”

Deputat: “Amnistiya həbsdəki şəxslərin tamamilə azadlığa buraxılması demək deyil”

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, hərbi cinayətlərdə, Xocalı soyqırımında iştirak etməyən, zorla hərbi xidmətə cəlb edilən erməni vətəndaşlarına da amnistiya tətbiq olunmalıdır". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Fərəc Quliyev Milli Məclisdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Dağlıq Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq.

Deputat Rəfael Cəbrayılov bildirib ki, amnistiya aktı həbsdəki şəxslərin tamamilə azadlığa buraxılması demək deyil. "Amnistiya aktı islah olunma yoluna qədəm qoymuş və gələcəkdə yeni cinayətlərə gedə bilməyəcək insanların bağışlanmasıdır. Amnistiya aktları təcrübəsində bu amnistiya aktının xüsusi yeri olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə