Tamerlan Vahabov: “Ermənistan konstruktiv yola gəlməlidir” AÇIQLAMA

Tamerlan Vahabov: “Ermənistan konstruktiv yola gəlməlidir” AÇIQLAMA

"Bu gün bizlər Rusiyanın baş naziri Dmitri Medvedevdən əlavə digər şəxslərin də Ermənistana tez-tez səfər etməsinin şahidi oluruq. Çünki aprelin 5-də Azərbaycanın uğurlu hərbi əməliyyatları nəticəsində bu proses daha da canlanmışdı". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Beynəlxalq ekspertin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir: "Ona görə də Medvedevin rəsmi İrəvana səfər etməsi heç bir təəccüblü hal doğurmamalıdır. Rusiya tərəfindən Azərbaycanın ədalətli mövqeyinə dair də çox konstruktiv mövqe nümayiş etdirilir. Məhz buna görə də bizim gözləntimiz əsas odur ki, Ermənistan konstruktiv yola gəlsin. Təbii ki, burada Ermənistan tərəfinin davranışından da çox şey asılı olacaq. Biz burada ümumi kontekstə baxmalıyıq. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya tərəfi də aktivləşib. Rəsmi Moskvanın rəsmiləri bölgəyə tez-tez səfərlər edir və münaqişəyə dair bəyanatlar verir".

Bütün xəbərlər Facebook səhifəmizdə