Araz Əlizadə: "Xalq "Milli Şura"ya inanmır" AÇIQLAMA

Araz Əlizadə: "Xalq "Milli Şura"ya inanmır" AÇIQLAMA

"Milli Şura"da heçnə alınmayacaq. Bunlar bütün siyasi kapitalını xərcləyiblər". Bunu SİA-ya millət vəkili Araz Əlizadə "Milli Şura"nın planlaşdırdığı növbəti aksiyaya münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, şuranın aksiyalarla gündəmə gəlməyinin heç bir mənası yoxdur: "Bu onlara heç bir siyasi divident verməyəcək. 1990-cı il 20 yanvar hadisələri, 1992-ci il dövlət çevrilişi zamanı, 1993-cü ildə ölkəni vətəndaş müharibəsi qarşısında qoyub, dovşan kimi qaçdılar. Onları tutmaq mümkün deyildi. Xalq "Milli Şura"ya inanmır".

A.Əlizadə Rəsul Quliyevlə İsa Qəmbərin hazırda eyni mövqe sərgiləməsinə də münasibət bildirib: "Ümumiyyətlə bu onu göstərir ki, daimi düşmən və daimi dost yoxdur. Burada daimi maraqlar var. Sadəcə olaraq pul hərisliyi hər iki insanı eyni mövqe sərgilməyə məcbur edib".

Bütün xəbərlər Facebook səhifəmizdə