Belarus prezidentindən Dağlıq Qarabağ çağırışı

Belarus prezidentindən Dağlıq Qarabağ çağırışı

Belarus prezidenti Aleksandr Lukaşenko MDB dövlətlərini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa çağırıb. SİA-nın xəbərinə görə, Belarus prezidenti MDB ölkələrinin Təhlükəsizlik orqanları və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 40-cı iclasında çıxış edərkən bildirib ki, birliyimiz Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirməlidir.

Dövlət başçısı söyləyib ki, MDB bu və digər məsələlər üzrə dialoqa çalışmalıdır: "Danışıqlar aparılmalıdır".

Belarus prezidenti Gürcüstan və Ukraynanın MDB ölkələri sırasına qaytarılmasının mümkünlüyündən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə