Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən qonağın şərəfinə Fransa XİN-də işçi nahar təşkil edilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdirdi. Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımlar barəsində müzakirələr apardı.
Tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi apardı. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini vəd etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB