Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin Yeni Azərbaycan Partiyasının qeydə alınmış namizədi Cavid Osmanovla bağlı şikayətinə baxılıb. SİA-nın məlumatına görə, İ. Ağazadə şikayətində C. Osmanovun onun xeyrinə imza vermiş seçiciləri imzalarından imtina etməyə məcbur etməyə çalışdığını, seçicilərə təzyiq göstərdiyini, o cümlədən sosial şəbəkələrdə vaxtından əvvəl seçki təşviqatı apardığını iddia edib.
MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırma zamanı C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayətdəki iddia təsdiqini tapmayıb.
MSK İ. Ağazadənin C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayətini əsassız sayıb. C.Osmanov tərəfindən vaxtından əvvəl sosial şəbəkələrdə seçki təşviqatının aparılması ilə bağlı şikayəti isə baxılması üçün Ağdaş DSK-ya göndərmək barədə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB