Bir müddət öncə Bakcell-in baş icraçı direktoru Riçard Şirerin bu il Azərbaycandakı fəaliyyətini dayandırmaq niyyətində olduğu haqqında məlumat yayımlamışdıq. Belə ki, qeyd edilirdi ki, ölkədəki iqtisadi vəziyyətə görə Riçard Şirer bu il müqaviləsinin müddətini uzatmayacaq. Bu ilin aprel ayında Riçerd Şirerin Azərbaycandakı fəaliyyəti ilə bağlı müqavilənin müddəti bitib.
Bu gün isə Bakcell şirkətinə yeni rəhbər təyin edilib. SİA-nın məlumatına görə, bu barədə şirkətin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib. Yeni rəhbər telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekersdir.
Nikolay Bekers deyib ki, Azərbaycana yeni gəlib və Azərbaycan dili biliyi çox aşağı səviyyədədir. O, ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan dilini təkmilləşdirəcəyini bildirib.
O, səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.
Xatırladaq ki, Riçard Şirer 2011-ci ilin aprelində Bakcell şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin edilib. Bundan əvvəl o, dünyanın bir çox tanınmış telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycandakı fəaliyyətini dayandırmasının səbəbi Azərbaycanda yaşanan iqtisadi böhran yox, ailəsinə daha çox vaxt ayırmaq istəməsi olduğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB