Aytən Mustafayeva: “Amnistiya Aktı hümanist addım kimi dəyərləndirilməlidir” AÇIQLAMA
"Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Amnistiya Aktının qəbul olunması barədə qanun layihəsini Milli Məclisə təqdim etməsi hümanist bir addım kimi dəyərləndirilməlidir". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.
Millət vəkilinin sözlərinə görə, həmin Amnistiya Aktının 10.000 nəfərə şamil olunması gözlənilir: "Azərbaycanın iqtisadi inkişafa addım atdığı bir məqamda belə bir təşəbbüsün irəli sürülməsi sadəcə dəyərləndirilməlidir. Bu gün insanlar üçün yeni iş yerləri yaradılıb. Həbsdən azad olunan insanlar da təbii ki, qanun çərçivəsində öz həyatlarını davam etdirməlidirlər. İkincisi, isə bu gün təmas xəttində müharibə aktiv fazadadır. Atəşkəs rejimi tətbiq olunsa da amma ermənilər öz təxribatlarını davam etdirirlər. Məhz buna görə də həbsdən azad olunacaq insanların orduda xidmət etmək imkanları da var. Onların bəziləri Azərbaycan dövlətçiliyi qarşısında öz borclarını yerinə yetirə bilərlər. Bu gün ölkəmizdə orduda xidmət edib məvacib almaq imkanları da yaradılıb. Hesab edirəm ki, sözügedən Amnistika Aktı insanlara ikinci dəfə şans verilməsi üçün atılan təqdirəlayiq hümanist addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB