Milli Məclisin deputatı Kamran Bayramov Latviya Yerli İdarəetmələr İttifaqının növbəti Konqresində iştirak etmək üçün mayın 19-dan 24-dək bu ölkəyə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, paytaxt Riqa şəhərində keçirilən toplantıda qurumun illik fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinləniləcək, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılacaq.
Deputatımız Konqresin işində iştirak etməklə bərabər Latviya parlamentində, müvafiq komitələrdə, Ətraf Mühit və Regional İdarəetmə Nazirliyində bir sıra görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB