Elmar Məmmədyarov Fransaya rəsmi səfər edəcək

Elmar Məmmədyarov Fransaya rəsmi səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya rəsmi səfər edəcək. SİA-nın məlumatına görə, o, mayın 19-da Fransanın xarici işlər naziri Jan Mark Eyro və Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşəcək.

Görüş zamanı müxtəlif məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə