"Bu gün Ermənistan iqtisadi, sosial baxımdan ciddi əziyyət çəkir. Artıq işğalçı rejim dərk etməyə başlayıb ki, onlar öz lazımsız inadlarından əl çəkməsələr, qısa zamanda güclü Azərbaycandan bilavasitə asılı vəziyyətə düşməli olacaqlar". Bu fikirləri SİA-ya millət vəkili Mahir Abbaszadə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini şərh edərkən bildirib. Deputatın fikrincə, Vyana görüşü Azərbaycanın əsas tələbini - Qarabağ münaqişəsini tez bir zamanda həll olunması faktorunu bir daha gündəmə gətirdi. Belə ki, Silahlı Qüvvələrimizin aprel müharibəsində ermənilərə vurduğu zərbənin siyasi nəticələrini hiss etdirdi: "Artıq iyunda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə olunub və həmin görüşdə Ermənistan özünü həmişəki kimi həyasız, dikbaş apara bilməyəcək. Bu gün Ermənistanın forpostu rolunu oynayan Rusiya rəsmiləri, eləcə də prezident Putin bəyan edir ki, artıq bu məsələni mərhələli şəkildə həll etməyə imkan yaranacaq. Ona görə də Vyana görüşünün Azərbaycanın maraqları baxımdan təmin olunduğunu demək mümkündür. Təbii ki, burada ölkə Prezidenti cənab İlahm Əliyevin qətiyyətini xüsusilə vurğulamaq lazımdır. Əbəs yerə deyil ki, Vyana görüşündə ABŞ aparpcı təşkilatçı tolunu almaqdadır. ABŞ isə rəsmi şəkildə ölkəmizin ərazi bütövlüyünü tanıdığını, onu dəstəklədiyini dəfələrlə bildirib. Beləlkilə deyə bilərik ki, Qarabağ münaqişəsində birbaşa Rusiyanın istəkləri deyil, ümumi Qərbin də maraqları var".
Mahir Abbaszadə həmçinin qeyd edib ki, artıq ermənilər də başa düşüblər ki, Dağlıq Qarabağ probleminin həllində sülh yolundan başqa alternativ yol qalmayıb: "Ümumiyyətlə, sülh danışıqlarına hər iki tərəfdən razılıq var, amma indi Ermənistan buna məcbur olduğunu Azərbaycanın gücü qarşısında etiiraf etməkdədir. Beləliklə, demək mümkündür ki, Azərbaycanın ədalətli mövqeyini bu dəfə Rusiya da dəstəkləyib və bunun nəticəsidir ki, Azərbaycanın 5 deyil, məhz 7 rayonu qaytarmaq tələbi müzakirəyə çıxarılıb, Ermənistanın isə buna razı olmaqdan başqa çarəsi qalmayıb. Bu, ilk növbədə Azərbaycanın hərbi-siyasi və diplomatik gücünün bariz göstəricisidir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB