Beynəlxalq ekspert: “Ermənistan addımlarından nəticə çıxaracaq” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşü sıradan görüş deyil". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, aprel ayında Azərbaycan ordusu Ermənistan tərəfinə öz gücünü, qüdrətini göstərmişdi: "Bu isə Azərbaycan tərəfinin ağıllı, düşünülmüş hərbi siyasi cəhətdən taktiki addımı idi. Rəsmi Bakı bunu məhdud çərçivədə göstərdi və müəyyən pay torpaqlarını geri qaytardı. Buradan belə bir sual ortaya çıxır. Azərbaycanın aprel qələbəsindən sonra Ermənistan konstruktiv mövqeyə hazırdır yoxsa eyni siyasi kursunu davam etdirəcək? Hesab edirəm ki, biz yenidən danışıqlar məsələsinə baxmalıyıq".
T.Vahabov əlavə edib ki, dünya ictimaiyyətinin Azərbaycana dəstək olması isə ölkəmizin apardığı uğurlu siyasətin və cənab Prezident İlham Əliyevin mütəmadi keçirdiyi görüşlərin məntiqi nəticəsidir: "Bütün bunlar artıq göz önündədir. Ümid edirik ki, Ermənistan bu addımlardan nəticə çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB