Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 27 məsələ daxil edilib.
Deputatlar Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibinə dəyişikliklər etməklə yanaşı, "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi, "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"də dəyişikliklər edilməsi, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi,"Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanununda dəyişikliklər edilməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi,"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi,"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi, "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirə edəcəklər.
İclasda həmçinin "Elm haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB