Elman Məmmədov: “Nazirlərin görüşü heç kimi qorxutmaq üçün deyil” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirilən görüşü heç kimə qarşı yönəlməyib və heç kimi qorxutmaq üçün deyil". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, üç qonşu dövlət bir-biri ilə bütün sahələrdə (iqtisadi, hərbi, siyasi və s.) sıx əməkdaşlıq edir və bu görüş də üç qonşu dövlətin müdafiə nazirlərinin görüşü idi: "Təbii ki, bu kimi görüşlərdə də hərbi məsələlər müzakirə olunur. Müzakirə olunan məsələlər isə regionda təhlükəsizliyin təmin olunması, lazım gələrsə üç dövlətin silahlı qüvvələrinin müəyyən regional məsələlərdə birgə fəaliyyət göstərməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və sairədir. Bu istiqamətdə də hər üç dövlətin marağında olan və işirak etdiyi neft-qaz boru kəmərənin təhlükəsizliyinin qorunması əsas prioritet təşkil edir. Buna qeyri-adi baxmaq olmaz".
E.Məmmədov əlavə edib ki, bu gün beynəlxalq konvensiyalar əsasında mövcud olan və inşası davam etdirilən həm neft-qaz kəmərlərimiz, həm də dəmiryol xəttimiz var: "Təbii ki, bunlar hamısı sözügedən üç dövlətin marağındadır. Ona görə də hesab edirəm ki, müdafiə nazirlərinin keçirilən görüşü çox vacib idi. Burada çox dəyərli məsələlər müzakirə olundu. Gələcəkdə bu sahədə, hərbi sahədə,eləcə də regional təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, genişləndirilməsi, inkişaf etdirilməsi üçün burada müəyyən razılaşmalar olub. Bu, hər üç dövlətin, o cümlədən də Azərbaycanın mənafeyinə xidmət edən bir görüş idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB