“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı alqışlanmalıdır” AÇIQLAMA

“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı alqışlanmalıdır” AÇIQLAMA

"Son dövrlər Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşib. Bu üç dövlət müttəfiqdir. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Eyni zamanda burada iqtisadi maraqlar mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Azərbaycan nefti və qazı Gürcüstan, Türkiyə üzərindən Avropaya daşınır. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmiryol xətti çəkilir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Birlik sədrinin sözlərinə görə, gələcəkdə bütün bunların hamısının mühafizəsi sözügedən üç dövlətin üzərinə düşür: "Son dövrlərdə terrorizmin artması hər kəsə məlumdur. Bir sözlə, terrorçu hərəkətlər çoxalıb. Dünyada sülhün və təhlükəsizliyin mühafizəsi əsas məsələdir. Bu bir növ qlobal məsələdir. Azərbaycan-Türkiyə-Gürcüstan da bu məsələdə birgə əməkdaşlıq edirlər. Təbii ki, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək. Hesab edirəm ki, sözügedən üç dövlətin birgə əməkdaşlığı alqışlanmalıdır. Gələcəkdə bütün sahələrdə olduğu kimi iqtisadi, siyasi, mədəni əlaqələr daha da genişlənməli və dərinləşməlidir".

Hərbi ekspert əlavə edib ki, mütəmadi olaraq Azərbaycan-Türkiyə-Gürcüstanın müdafiə nazirləri görüşürlər və birgə təlimlər haqqında müzakirələr aparırlar: "Azərbaycan və Türkiyənin bu istiqamətdə çox yaxşı əməkdaşlığı var. Gələcəkdə Gürcüstanın da bu işə qoşulması çox vacibdir. Çünki Gürcüstan üzərindən bizim xeyli sayda iqtisadi layihələrimiz var ki, bu layihələr Azərbaycanın, Gürcüstanın dövlət müstəqilliyinin güclənməsinə, inkişaf etməsinə, ölkələrin iqtisadi maraqlarının tam təmin edilməsi üçün vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə