Tural Abbaslı: “AXCP və Müsavat birləşsə də heçnə dəyişməyəcək” MÜNASİBƏT

Tural Abbaslı: “AXCP və Müsavat birləşsə də heçnə dəyişməyəcək” MÜNASİBƏT

"Əslində düşünürəm ki, bu məsələyə bəzən mətbuat lazımından artıq diqqət ayırır. Burada əsas sual o olmalıdır ki, AXCP və Müsavat birləşsə nə dəyişəcək ki? Zatən bütün seçkilərə bu günə kimi birlikdə qatılıblar. Bu partiyalar nəyisə dəyişmək istəyirlərsə birləşmək barədə deyil, özlərini dəyişmək, yanlış siyasətlərini dəyişmək barədə düşünməlidirlər. Bunu SİA-ya Ağ Blokun təsisçisi Tural Abbaslı Tofiq Yaqublunun AXCP ilə Müsavatı barışdırmaq cəhdlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Tofiq Yaqublu bu məsəslədə nə qədər səmimi olsa da amma tərəflər səmimi deyil: "Yəni hər iki tərəf bu məsələyə gündəmdə qalmağın yeni yolu kimi baxır. Bir deymdə deyildiyi kimi "Yatmış kimsəni oyatmaq olar, özünü yatmışlığa vurmuş kimsənisə oyatmaq mümkün deyil".Yəni bunların heç biri birləşmək istəmir, sadəcə olaraq imitasiya edirlər. Odur ki, bu cəhdləri zaman itkisi hesab edirəm. İstənilən halda bu onların daxili işləridir. Odur ki, qoyun başlarını nə ilə istəyirlər qatsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə