Siyavuş Novruzov: “AXCP və Müsavat arasında birlik heç vaxt ola bilməz” AÇIQLAMA

Siyavuş Novruzov: “AXCP və Müsavat arasında birlik heç vaxt ola bilməz” AÇIQLAMA

" AXCP ilə Müsavat arasındakı gərginlik hələ 1992-ci ildən mövcuddur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Millət vəkilinin sözlərinə görə, İsa Qəmbər Ali Sovetin sədri seçildikdən sonra AXCP-nin parçalanmasını sürətləndirdi və Mənsur Əliyevin yaratdığı Müsavat Partiyasını ələ keçirdi: "Bununla da partiyanı özününküləşdirdi. O zamandan bəri AXCP ilə Müsavat arasında çox ciddi uçurumlar var. Bildiyiniz kimi həmin dövrdə prezident səlahiyyətlərini İsa Qəmbər icra edirdi. Əbülfəz Elçibəy isə prezident seçildikdən sonra İ.Qəmbərin təyin etdiyi əksər kadrları vəzifələrindən uzaqlaşdırdı. Onların arasında icra başçıları, nazirlər və s. var idi. Yəni bu qarşıdurmanın əsası çoxdan qoyulub. Bu qarşıdurma artıq 24 ildir ki, davam edir. Ümumiyyətlə, bu partiyalar arasında heç zaman birlik ola bilməz. Çünki bu birlik praktik olaraq mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə