"Ermənistanın baş naziri Ovik Abramyan "artsaxda" (Xankəndində-red.) olarkən bəyan edib ki, xalqın öz "vətənini" tərk etməsinə cəhd edən qarşı tərəf (Azərbaycan-red.) buna nail ola biləməsə də, digər tərəf - xalq düşməninə çevrilmiş kriminal-oliqarx sistemi öz istəyinə müyəssər olub". SİA xəbər verir ki, bu kimi iztehzalı fikirləri Ermənistanın "lragir.am" informasiya saytının baş redaktoru Aykazn Qaqriyan Sarkisyan rejiminin oliqarx sistemini tənqid etdiyi məqaləsində yazıb.
"Artıq ikinci onillikdir ki, onlar erməni xalqını eksplutasiya, deportasiya edərək, qastrarbayterə çevirirlər"-deyə qeyd edən erməni baş redaktor mövcud sistemin dövlət idarəçiliyinin uzurpasiya olunduğunu yazaraq bildrib ki, nəticədə xalq milli kimliyindən, mənəviyyatından, ölkə isə inkişafdan məhrum olub.
Erməni baş redkator artıq xalqın ayıldığını və hakimiyyətin bundan təşviş keçirdiyini yazaraq qeyd edir ki, hakimiyyət konsolidasiya çıxışları edərək, indulgensiya əldə etməyə cəhd göstərir. Sitat: "Elektrik və qazla bağlı qiymətlərin enririlməsi barədə gülməli sözlər danışırlar və s. Bu gün erməni mətbuatında həm də belə bir məlumat yayılıb ki, böyük biznes sahiblərinə "öz ciblərindən" ordu xərclərini üzərlərinə götürülməsi barədə tapşırıq verilib. Yəni sistem istənilən vasitə ilə öz mövqelərini kölgədə qoruyub-saxlamağa çalışır. Məqsəd kütlə qarşısında cavabdehlikdən qaçmaqdır. Lakin müharibə vaxtı (aprel əməliyyatları-red.) baş verənləri artıq geriyə çevirmək olmaz…"
"Biz bütün baş verənlərdən yorulmuşuq"-deyə qeyd edən jurnalist bildirib ki, bu etirafı Qarabağda hərbi xidmət keçən erməni əsgərləri də edirlər. Sitat: "Biz yorulmuşuq ona görə ki, artıq dözmək olmur. Mən əvəzində heç nə almayacağını bildiyim üçün öz canımı qurban vermək istəmirəm. Görəndə ki, məni hesaba almırlar və mən onların (oliqarxların-red.) mülklərini qorumalıyam, bu fikirlər məni düşündürməyə başladır. Çünki onları müdafiə etmək üçün mənə də nə isə lazımdır"-deyə postda dayanan əsgər bildirib və hər şeyi deyib.
Qaqriyan yazır ki, mövcud vəziyyət belədir və Sarkisyan rejimi hərbi günlərin "susqunluq votumunu" müharibədən sonrakı "gözləmə votumu" ilə əvəzləyib.
Baş redaktor sonda yazır ki, Ermənistan məhv olur və mövcud vəziyyət təhlükəlidir: "Ermənistan parçalanıb və bunu görməmək mümkün deyil. Daha dəqiqi Ermənistan karistallaşıb – bir tərəfdə narazı xalq və ordu, o biri tərfdə isə kriminal-oliqarx sistemi dayanıb ki, konsolodasiya yolu ilə ətrafını möhkəmləndirməyə, itirilənləri qaytarmağa cəhd edir. "Konsolodasiya" haqqında ümumiyyətlə danışmağa dəyməz. Sistem ya xalqa xidmət etməklə, öz cavabdehliyini realizə etməli , ya da qaçılmaz hallar baş verəcək…"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB