Hərbi ekspert: "Ərazilərimizdə başqa dövlətin hərbi bazasının yerləşdirilməsi mümkün deyil" AÇIQLAMA

Hərbi ekspert: "Ərazilərimizdə başqa dövlətin hərbi bazasının yerləşdirilməsi mümkün deyil" AÇIQLAMA

"Azərbaycanın Türkiyə ilə hərtərəfli əməkdaşlığı mövcuddur. Biz bir millət, iki dövlətik. Ölkələrimiz hərbi sahədə də çox dərin əməkdaşlıq edir, birlikdə hərbi təlimlər keçirirlər. Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulub. Bu cür əməkdaşlıqlarımız daha da dərinləşir. Ancaq Azərbaycan ərazisinə hansısa dövlətin hərbi bazasının yerləşdirilməsi gündəmdə deyil". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli deyib.

O qeyd edib ki, Azərbaycanın bir çox ölkələrlə yüksək səviyyədə əməkdaşlığı olsa da, bu gün ərazilərimizdə başqa dövlətin hərbi bazasının yerləşdirilməsi mümkün deyil: "Azərbaycanın öz müstəqilliyini qorumağa qadir güclü silahlı qüvvələri var. Ordumuz dünyanın aparıcı dövlətlərinin oduları ilə əməkdaşlıq edir. Ancaq bu gün Azərbaycan ərazisində hansısa dövlətin hərbi hissəsinin yerləşdiriməsi gündəmdə olan məsələ deyil. Azərbaycan hakimiyyəti ilk növbədə ölkənin milli, dövlət maraqlarını, təhlükəsizlik və suverenliyini öndə saxlayır. Bu, gələcəkdə real şəraitə uyğun olaraq, Azərbaycanın milli və dövlət maraqlarına cavab versə, müzakirə oluna bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə