Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 6-da Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək. Qəbul Qəbələ şəhəri Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB