BMT rəsmisi: "Dünyanın taleyini dəyişməliyik"

BMT rəsmisi: "Dünyanın taleyini dəyişməliyik"

"Prezident İlham Əliyevə qonaqpərvərliyi və qətiyyəti ilə bu Forumun keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser söyləyib.

O deyib ki, Alyansın məqsədləri davamlı inkişafla bağlı proqramın məqsədlərinə çox uyğundur: "Bakı Prosesi platforması da dinlərlərarası dialoqa, multikulturalizmə töhfə vermək üçün əhəmiyyətli bir platformadır. Biz yanaşmamızda ciddi dəyişikliklər etməli, inklüziv cəmiyyət quruculuğuna, gəncələrə diqqəti artırmalıyıq. Zorakı ekstremizm ümumbəşəri bir problemdir. Dünyanın 100 ölkəsindən 30 min terrorçu var. Ona görə də Svilizasiyalar Alyansı bu məsələyə xüsusi diqqət ayırır. Alyans gələcəkdə də fəaliyyət planı çərçivəsində təhsilə, gənclərə xüsusi önəm verəcək. Qlobal risklərə qarşı əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır. BMT-nin 2030 Dayanıqlı İnkişaf Proqramında da bu məsələlər xüsusi yer alıb. Gənclər hərəkətverici qüvvədir. Biz dünən gənclərin müdrik fikirlərini dinlədik. Eləcə də terrorizmə qarşı mübarizədə ən mühüm vasitələrdən biri icmalar arasında əməkdaşlığı, etimadı bərpa etməkdir. 2015-ci ilin dekabrından zorakı ekstremizmə qarşı mübarizə kampaniyasına sosial şəbəkələrdə milyonlarla insan qoşulub. Gənclik uğurlarımızın kökündə durur. 2014-cü ildən 14 gənc qrupu Afrika, Asiya və Amerikada müxtəlif təqaüd proqramları həyata keçirib. Gənclərin Həmrəylik Fondu da müxtəlif layihələr həyata keçirib".

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi qeyd edib ki, dünyanın taleyini dəyişməli və daha parlaq etməliyik: "Dəqiq şəkildə prioritetləri müəyyənləşdirib, yeni təşəbbüsləri icra etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə