Türkiyə XİN rəhbəri: "Minsk qrupunun üzərinə vacib vəzifələr düşür"
"Biz bütün şərtlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağ problemi, Azərbaycanın işğal olunmuş torpaq problemi BMT və digər təşkilatların qərarlarında olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmalıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə vacib vəzifələr düşür". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, əgər onlar istəsələr, bu problem qısa müddətdə həll oluna bilər: "Ermənistan siyasi həll istəmədiyi üçün atəşkəsi pozub. Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya göstərdi. Ermənistanın bu mənfi yanaşması heç kim tərəfindən mükafatlandırılmamalıdır. Bizim bu məsələ ilə bağlı mövqeyimiz son dərəcə qətidir. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma hər zaman qardaş Azərbaycanın yanındayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB