Harlem Dezir: "BMT-nin özünün sülhməramlı qüvvələri olmalıdır"

Harlem Dezir: "BMT-nin özünün sülhməramlı qüvvələri olmalıdır"

"Zorakılıq və ekstermizmlə mübarizədə nələri etməli olduqlarımızla bağlı burada səsləndirlən fikirlərlə tamamilə razıyam. Tam səmimiyyətlə deyə bilərəm ki, biz bununla mübarizədə məğlub oluruq". SİA-nın məlumatına görə, bu fikirləri Fransanın Avropa məsələləri üzrə Dövlət naziri Harlem Dezir BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda "Zorakı ekstermizm əleyhinə" platformada çıxışı zamanı deyib.

H.Dezir qeyd edib ki, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Avropada ekstermizmin genişləndiyinin şahidiyik: "Bunun da əsas səbəbi məhz estermizmlə mübarizənin mahiyyətini tam anlamamağımızdır. Çünki bütün ölkələr eyni təhdidlə üzləşirlər. Bir çox ölkələr ümumiyyətlə terrorizmin qurbanı olublar. Doğru şəkildə bu xəstəliklə mübarizə aparmalıyıq. Təəssüflər olsun ki, bugünə kimi zorakı ekstermizmə verdiyimiz cavab hərbi cavab olub. Bunun nümunəsini Əfqanıstanda, İraqda, Suriyada gördük. Hesab edirəm ki, ilk növbədə mübarizə aparmaq üçün prinsip olmalıdır. İstər yerli, istərsə də beynəlxalq səviyyədə dialoq qurulmalıdır. Çinin irəli sürdüyü İpək yolunu qeyd etmək istərdim. Məhz iqtisadi infrastrukturun yaradılması qlobal həll yolu olmuş olar. Hələlik ən münasib üsulu bunda görürəm. Bir yol bir neçə ölkənin iqtisadiyyatını birləşdirəcək.Üçüncü isə islahatlardır. Belə ki, BMT- nin özünün sülhməramlı qüvvələri olmalıdır ki, istənilən ölkəyə müdaxilə etmək iqtidarında olsun. Zənnimcə bax bu əsas mühüm məqamı qaçırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə