İcraçı direktor: "Gənclər artıq bugünkü gün üçün işləməlidirlər"

İcraçı direktor: "Gənclər artıq bugünkü gün üçün işləməlidirlər"

"Zorakı ekstremizm sadəcə bir hədəfə xidmət etmir". SİA-nın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Terror Əleyhinə Direktoratlığının icraçı direktoru Jean-Paul Laborden Bakıda keçirilən Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasında zorakı terrorizmə qarşı mübarizə almalıyıq: "Biz birgə əməkdaşlıq etdiyimizə görə BMT TŞ bir sıra uğurlar qazanıb. Daha çox idarəetmə üsulu ilə birgə mübarizə aparmalıyıq. Gənclər artıq gələcək üçün deyil, bugünkü gün üçün işləməlidirlər. Biz kifayət qədər vətəndaş cəmiyyətləri ilə də işləməliyik. Eləcə də biz korporasiyalarla, özəl müəssisələrlə əməkdaşlıq etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə