“Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar”

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" mövzusu çərçivəsində ilk plenar iclası keçirilib. SİA-nın məlumatına görə, Forumun birinci paneli "zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar" mövzusuna həsr olunub. Forumda moderator qismində BMT SA-nın Ali nümayəndəsinin sözcüsu və aparat rəhbəri Nihal Saad çıxış edib.

Daha sonra İspaniyanın keçmiş baş naziri, Prezident Jose Luis Rodriguez Zapateronun, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun, Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Dominique de Villepinin, Birləşmiş Millətlər Təşkilatının Terror Əleyhinə Direktoratlığının icraçı direktoru Jean-Paul Labordenin, Birləşmiş Millətlər Təşkilatının Terror Əleyhinə İşlərin İcrası üzrə İşçi qrupunun direktoru Jehangir Khanın çıxışları dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə