BMT rəsmisi: "Gənclər arasında işsizlik onları radikallığa sürükləyir"

BMT rəsmisi: "Gənclər arasında işsizlik onları radikallığa sürükləyir"

"BMT-nin Sivilizasiyalar Alyansı qütbləşmənin qarşısını almaqla, daha təhlükəsiz dünyanın qurulmasına töhvə vermək üçün qurulmuş mexanizm rolunu oynayır". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser söyləyib.

O bildirib ki, bu ilin mövzusu inklüziv cəmiyyətlərdə birgə yaşama, çağırış və məqsəd mövzusudur: "Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməlidir. Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Sülh və təhlükəsizliyin davamı inkişafı şərtləndirən əsas məsələlərdir. Gender bərabərsizliyi, gənclər arasında işsizlik insanları radikallığa sürükləyir. Təhükəsizlik məsələlərinə birtərəfli diqqət nəticə vermir. Biz ekstremizm səbəblərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməliyik. Bir çox gənclər ona görə ekstremizmə qoşulurlar ki, layiqli həyatdan məhrum olurlar. Biz daha yaxşı həyat düşüncəsinə dəstək olmalıyıq. Gənclərin səsi siyasi qərarların qəbul edilməsində eşidilməlidir. Gənclər inklüziv cəmiyyətlərin qurulmasında mühüm elementdir. Bütün bunların hamısı BMT-nin Sivilizasiyalar Alyansının mandatına daxildir. Biz BMT-nin digər qurumları ilə birlikdə zorakı ekstremizmə qarşı proqramın hazırlanmasında iştirak etmişik. Din və təhsil məsələlərinə bu aspektdə xüsusi diqqət yetiriləcək. BMT-nin Sivilizasiyalar Alyansının proqramları tolerantlıq, multikulturalizmi təbliğ edir".

"Biz ədavət və etimadsızlığın təbliğinə qarşı çıxmalıyıq. Miqrantlar terrorçu təşkilatlar tərəfindən böyük risklə üzləşiblər. Miqrantlara fərqli münasibət olmamalıdır. Bütün bunlar son 10 ildə əldə edilmiş nailiyyətləri təhlükə altında qyour. Biz səylərimizi artırmalyıq. Heç kim bu işdən kənarda qalmamalıdır. Biz qlobal vətəndaşlarıq. Sülhə aparan yol da insanların qəlbindən keçir. Ümid edirik ki, bu Alyans insanların beyninə və qəlbinə yol açacaq "-deyə, Nassir Abdulaziz Al-Nasser qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə