Ermənilər artıq bu ölkənin cinayətkar rejimininin yalan və böhtanlarından beziblər. Ayrı-ayrı ölkələrdə yaşayan erməni icmaları Ermənistan hakimiyyətinin çağırışlarına və yalanlarına qoşulmamaq qərarları alırlar. SİA-nın məlumatına görə, Ermənistanın armenianreport.com saytı Gürcüstan mənbələrinə istinadla yazıb ki, Gürcüstanda yaşayan erməni icması qondarma erməni "soyqrımı" ilə bağlı hər il bu ölkədəki Türkiyə səfirliyinin qarşısında keçirilən aksiyadan bu dəfə imtina edib. Onlar Ermənistan hakimiyyətinin tapşırığına məhəl qoymayaraq, təxribatdan yayınmaq üçün aksiya yerini dəyişdirdiklərini bildiriblər. Sözügedən aksiyanı Avlabaridəki "Eçmiədzin" kilsəsi ərazisində keçirmək qərarlaşdırılıb. Bu açıqlamadan açıq şəkildə görünür ki, ermənilər törətdikləri əməllərin təxribatdan başqa bir şey olmadığını yaxşı başa düşürlər.
Cinayətkar Ermənistan rejiminin hay-küy, təxribatlarla qondarma "soyqrımı" dünyada tanıtmağa çalışmağına baxmayaraq, Gürcütanda yaşayan erməni icmasının bu qərarı ermənilərin yalan şivənlikdən bezdiklərini göstərir. Bu səbəbdən də onlar belə aksiyaları sadəcə olaraq Ermənistan hakimiyyətinə hesabat üçün 5-6 nəfərlə sönük şəkildə keçirirlər.
Erməni icmasının, həmçinin bu qərarla Gürcüstan dövlətinin müraciətini nəzərə aldığını açıqlaması da bu ölkənin hakimiyyətinə deyiləcək yalan bəhanədir. Çünki hər kəs ermənilərin yalnız öz məkrli düşüncülərini həyata keçirməyə çalışdıqlarını, heç bir dövlətin xoşluqla etdiyi müraciətə əhəmiyyət vermədiklərini yaxşı bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB