"Son illər dünyada gedən proseslər məsələnin aktuallığını daha da artırır. Bu gün işinə başlayan biznes simpozimu da əhəmiyyətliyi ilə seçilir. İnklüziv cəmiyyətlərin formalaşmasına bir sıra qrumlar məsuliyyət daşıyır". SİA-nın məlumatına görə, bunu bugün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, qaçqınların və miqranların məskunlaşması, onların elmə, savada yiyələnməsini təmin etmək əsas çağırışlardandır: "Emənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün düşmüş insanların məskunlaşdırılması ölkəmizdə əsas prioritet məsələ olub".
Nazir deyib ki, əgər 2001-ci ildə vətəndaşlarımız yoxsulluqdan aşağı səviyyədə yaşayırdısa, bu gün onların sayı mində birdir: "Bu Forum iqtisadiyyatın daha inkişaf etdirilməsi üçün gözəl imkanlar açacaq. Hesab edirəm ki, simpozumda səsləndiriləcək fikirlər, ideyalar inkişafın yeni mərhələdə olmasına gözəl təkamül olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB