"Bakıda keçirilən Qlobal Forum əhəmiyyətliliyi ilə seçilir". SİA-nın məlumatına görə, bunu bugün gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə gəncliyinə qoyduğu sərmayə bu sektorun inkişafına əlverişli imkanlar yaradır: "Məlumdur ki, bəzi gənclər ekstremistlərə qoşulur. Bu da sülh çağırışlarına ziddir. Eləcə də gənc qızlara qarşı olan zorakılıq dayandırılmalıdır. Bununla belə terrorçu qruplara, ekstremizmə qarşı mübarizəmizi davam etdirməliyik. Sizin ideyalarınızı dinləyib fəaliyyət proqramımıza daxil edə bilərik. Sizləri ölkəmizdə görməkdən çox şadıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB