25-27 aprel 2016-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" mövzusuna həsr ediləcək. SİA-nın məlumatına görə, Forumdan öncə bu gün Gənclər tədbiri keçirilir.
Qlobal Forumda siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, vətəndaş cəmiyyəti, akademiya, gənclər, incəsənət xadimləri və media, habelə donor agentlikləri və fondlarının nümayəndələri də daxil olmaqla 3000-ə yaxın iştirakçının iştirak etməsi gözlənilir. Azərbaycan Respublikası Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı mədəniyyətlərarası dialoq və anlaşmanın təşviq edilməsinin yeni yollarını araşdırmaq, habelə yeni tərəfdaşlıqlar və öhdəliklərin formalaşmasına şərait yaratmaq niyyətindədirlər. Bununla yanaşı, Forum çərçivəsindəki müxtəlif sessiyalar mövcud və potensial tərəfdaşların Forumun məqsədlərinə nail olunması məqsədilə yeni əməkdaşlıq axtarmaları üçün əlavə imkanlar yaradacaq.
Tədbir iştirakçıları, həmçinin, plenar və paralel sessiyalarda, eləcə də tərəfdaşlar tərəfindən hazırlanmış sərgi və mükafatlandırma mərasimlərində iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB