Millət vəkili Zonquldağ Ticarət və Sənaye Palatasında olub

Millət vəkili Zonquldağ Ticarət və Sənaye Palatasında olub

Millət vəkili Qənirə Paşayeva Zonquldağ Ticarət və Sənaye Palatasında Azərbaycandan danışıb. SİA-nın məlumatına görə, görüşdə Q.Paşayeva Dağlıq Qarabağ probleminin və qondarma erməni soyqırımına qarşı mübarizənin bütün Türk dünyasının ortaq məsələsi olduğunu deyib.

O, bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edən Zonquldağ Ticarət və Sənaye Palatasının rəhbərliyi və üzvləri iki qardaş ölkənin bölgələri arasındada əlaqələrin getdikcə daha da genişlənməsinin önəmini vurğulayıb və bildiriblər ki, Zonquldağla Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması çox vacibdir. Millət vəkili Qənirə Paşayevaya bu təkliflə Zonquldağ bələdiyyə başqanı və valise ilə görüşdə çıxış etdiyini, onların bu təklifə müsbət yanaşdığını vurğulayaraq iki qardaş ölkənin bölgələri arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini qeyd edib və Zonquldağın Azərbaycanın bölgələri ilə qardaşlaşması üçün əlindən gələn dəstəyini göstərəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə