AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcək

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyun ayında Azərbaycana səfər edəcəklər. SİA xəbər verir ki, bu barədə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.

Onun sözlərinə görə, digər həmməruzəçi - rumınıyalı deputat Sezar Preda ilə gerçəkləşdirəcəyi səfər Azərbaycanda bir dairə üzrə keçiriləcək seçkilərlə əlaqədardır: "Azərbaycanda bir seçki dairəsi üzrə seçkilər iyunun 18-də keçiriləcək və biz bu seçkilərdən Azərbaycana növbəti dəfə səfər etmək imkanı kimi yararlanacağıq. Biz həm keçiriləcək seçkiləri müşahidə edəcək, həm də hökumətlə danışıqlarımızı davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə