Erməni əsgərləri bir-birini qırır RƏSMİ

Erməni əsgərləri bir-birini qırır RƏSMİ

"İki erməni əsgəri öz əsgər yoldaşları tərəfindən güllələniblər". SİA-nın məlumatına görə, erməni mətbuatı bu xəbəri Ermənistanın istintaq komitəsinin mətbuat xidmətinə istinad edərək yayıb.

Məlumata görə, Bareyan adlı əsgər "silahla ehtiyatsız davranıb" və nəticədə sıravi Spartak Kalaşyan açılan atəş nəticəsində başından yaralanıb və həyatını itirib. Digər bənzər hadisədə isə həqiqi hərbi xidmətin əsgəri, "UAZ" markalı avtomobilin sürücüsü Karen Ağabekyan avtomatdan açılan atəş nəticəsində öldürülüb. Bu dəfə isə atəş açan P.Yeqoryan olub. Onun da "bilmədən" yanında saxladığı silahdan atəş açdığı deyilir. Məlumatın sonunda hər iki günahkar şəxsin saxlanıldıqları bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə