Beynəlxalq Diaspor Mərkəzinin Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə 23 aprel 2016-cı il tarixində Ermənistanın Tiflisdəki səfirliyi qarşısında dinc etiraz aksiyası keçirmək məqsədilə Gürcüstana yola düşən Azərbaycan nümayəndə heyəti Gürcüstana buraxılmayıb. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibində olan BDM sədri İsmayıl Ağayev, BDM sədr müavini Samir Adıgözəlli, BDM-in Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb. İsmayıl Ağayev və Namiq İsayev "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən geri qaytarılıb. Samir Adıgözəlli isə Qardabanidə 2 saat saxlandıqdan sonra "Sadıqlı" keçid məntəqəsindən Azərbaycana buraxılıb.
Keçiriləcək aksiya ilə bağlı Tiflis meriyasının müsbət cavab verməsinə baxmayaraq BDM nümayəndə heyətinin saxlanması və sözü gedən ölkəyə buraxılmaması təəssüf hissi doğurur. Buna baxmayaraq BDM-in Gürcüstan nümayəndəliyi planlaşdırılmış aksiyanı həyata keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB