Erməni politoloq: “Rusiya Azərbaycanı müdafiə edir”

Erməni politoloq: “Rusiya Azərbaycanı müdafiə edir”

"Hazırda Ermənistan ağır günlərini yaşayır və buna görə də düşünülmüş addımlar atmaq lazımdır. SİA-nın xəbərinə görə, bunu erməni politoloq Levon Şirinyan müsahibəsində bildirib.

Politoloq bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərində yaxşı heç nə ümid etmək olmaz: "Rusiyanın Dağlıq Qarabağla münaqişəsinin həlli ilə bağlı həyata keçirmək istədiyi təşəbbüsləri dayandırmaq lazımdır. Rusiya ölkələr arasında "qızğın vəziyyət" yaratmaqla münaqişənin həllində vasitəçi kimi görünməyə çalışır. Rusiyanın qəbul etdiyi qərarlar Ermənistanın xeyrinə deyil".

Levon Şirinyanın sözlərinə görə, Rusiyanın atdığı addımlar onun Azərbaycanı müdafiə etdiyini göstərir: "Rusiya köklü siyasi dəyişikliklər etməyə cəhd edir. Bu da Ermənistanın maraqları ilə üst-üstə düşmür".

Torpaqların qaytarılması məsələsinə gəlincə, politoloq söyləyib ki, Rusiya istəyirsə Krımı ya Ukraynaya qaytarsın, ya da Azərbaycana hədiyyə etsin: "Çünki o torpaqlar bizə aid deyil. Lakin Rusiya Dağlıq Qarabağ məsələsinə qarışa bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə