Arzu Nağıyev: "Putindən istənilən hərəkəti gözləmək olar” AÇIQLAMA
"Serj Sarkisyanın Dağlıq Qarabağa səfər etməkdə əsas məqsədi yerli icma ilə görüşmək və Kazan, Madrid prinsiplərini onlara izah etməkdir". Bunu SİA-ya politoloq Arzu Nağıyev Ermənistan prezidentinin Dağlıq Qarabağa səfər etməsi barədə danışarkən deyib.
Politoloq xatırladıb ki, Sarkisyan və onun komanda üzvləri səhra komandirləri olublar: "Onlar Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyəti ələ keçiriblər. İndi aldıqları ağır məğlubiyyətə görə erməni xalqı qarşısında cavab verməlidirlər. Lakin yerli komandirlər, qondarma qurumun hərbi qüvvələri bununla razılaşmır. Onlar müstəqillikdən ötrü vuruşduqlarını, mübarizə apardıqlarını deyirlər. Artıq ordu arasında narazılıqlar yaranıb. Məhz bu narazılığı sakitləşdirmək və öz hakimiyyətini qorumaq üçün Sarkisyan Dağlıq Qarabağ ərazisinə səfər edib".
Arzu Nağıyev bildirib ki, Azərbaycanın beş rayonunun qaytarılması ilə bağlı həm Madrid, həm də Kazan prinsipləri var: "Bu gün Rusiya Dağlıq Qarabağ münaqişəsindəki, eyni zamanda da regiondakı nüfuzunu saxlamaq üçün Kazan prinsiplərini ortaya qoyub. Bu, nüfuz davasıdır. Əvvəldən də məlum idi ki, münaqişənin yaradılmasında, sonrakı inkişafında Rusiyanın rolu əvəzedilməzdir. Buna görə də Putindən istənilən hərəkəti gözləmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB