"Cəbhədə sarsıdıcı zərbələr almış Ermənistanın siyasi və hərbi rəhbərliyi necə ağır və çaşqın durumda olduğunu hələ də büruzə verməkdədir. Az qala hər gün bir sərsəm fikir, ideya səsləndirməklə bunlar özlərinə azacıq da olsa təskinlik tapmağa çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, bəzi ağılsızlar öz aləmlərində guya Azərbaycanı Mingəçevir su anbarını vurmaqla hədələyirlər: "Çox gülməli və gülməli olduğu qədər də traqikomik bir mənzərədir. Ya bunların yolgöstərəni ağlını itirib, ya da bunların dünyadan xəbərləri yoxdur. Hələ keçmiş SSRİ zamanında o strateji əhəmiyyətli obyekt ən ciddi şəkildə qorunurdu. İndi müstəqil Azərbaycan öz daxili imkanları hesabına orada elə bir ciddi rejim və təhlükəsizlik tədbirləri görüb ki, ora quş quşluğu ilə yaxınlaşmaqda çox çətinlik çəkir. Bir də bunlar görün nə qədər savadsız, dar düşüncəyə sahibdirlər ki, guya biz müharibə vəziyyətində olduğumuzu bilmirik? İkincisi də, bu gün Azərbaycan ordusunun imkanları yetərincədir ki, düşməni öz evində məhv edək. Yəni söhbət Ermənistandakı Atom Elektrik Stansiyasından gedir. Amma, biz düşməndən fərqli olaraq heç vaxt belə yaramazlıqları dilimizə gətirməmişik. Ancaq, mənfur və məkrli düşmən bizi buna vadar edəcəksə, cavablarını da alacaqlar. Özü də çox sərt və ağır formada".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB