İranlı nazir Azərbaycana səfər edəcək

Bu gün İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının həmsədri M.Vaezi Astara şəhərində komissiyanın Azərbaycan tərəfindən olan həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşəcək.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və komissiyanın qəbul etdiyi qərarların icrası nəzərdən keçiriləcək.

Bununla yanaşı, hər iki nazir Astara çayı üzərində inşa ediləcək dəmir yolu körpüsünün təməlqoyma mərasimində iştirak edəcəklər. Səkkiz kilometrlik dəmir yolu körpüsü Qəzvin-Rəşt dəmir yolu xəttinin davamı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə