Mütəllim Rəhimli: “Müsavat əlində olan təbliğat vasitəsini itirib” AÇIQLAMA

"Ümumiyyətlə son zamanlar Azərbaycanda siyasi partiyaların fəaliyyəti o qədərdə aktiv gözə çarpmırdı. Müsavatın indiyədək siyasi partiyalar arasında özünü güclü aparmasının yeganə səbəbi Yeni Müsavat qəzeti idi". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, bu qəzet yaxşı tribuna, təbliğat kampaniyası və s. idi: "Amma son hadisələr göstərir ki, artıq Yeni Müsavat qəzeti özü kollektivin, rəhbərliyinin diqtəsi əsasında çıxır və Müsavat partiyasını o qədər də təbliğ etmir. Bu zaman isə partiyanın real gücü ortaya çıxmaqdadır. Artıq Müsavat partiyasının real siyasi proseslərə təsir etmək imkanları məhduddur.

Amma çox təəssüf ki, bunu həmin partiya tərəfindən çox pis qarşılayırlar. Eləcə də bu, cəmiyyətdə müsbət qarşılanmadı. Güman edirəm ki, bu proseslər hələ davam edəcək. Beləki partiya rəhbərliyinin dəyişməsi, əlində olan təbliğat vasitəsinin itirilməsi və s. Müsavatın gücünün sona çatdığını göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə